“Azər Türk Bank” “Sizinlə Gələcək” adlı yeni kampaniyaya start verib.
Bankdan bildiriblər ki, məqsəd xarici ölkələrdə təhsil alan gənclərimizə dəstək olmaqdır. Kampaniya çərçivəsində tələbə biletini və ya xarici universitetdə oxuduğuna dair hər hansı rəsmi sənədi təqdim edən müştəriyə pulsuz birillik "MasterCard Standart" kartı hədiyyə ediləcək.