KANAL24.AZ
Az Iw En Ru

Neftimiz ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 48,02 dollar/barel təşkil edib ki, bu da iyulun 5-nə olan göstəricidən 0,28 dollar/barel azdır. Bunu ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 47,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 6-da 44,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 6-da 45,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.


20:41 07.07.2016
Xəbər lenti
Bütün xəbərlər