KANAL24.AZ
Az Iw En Ru

Abunə haqqını əvvəlcədən ödəyən abunəçilər “Ailə NET”dən “Kaspersky” antivirusu qazanacaqlar

“Ailə NET” müasir fiber-optik internet xidmətinə keçidin təşviqi məqsədilə abunəçilərinə geniş imkanlar təklif edir.

“Caspian Telecom”un mətbuat xidmətindən bildirilib ki, indi 9 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçilər “Ailə NET”dən “Kaspersky” antivirusu qazanacaqlar.

Abunəçilərə eləcədə, “Kaspersky İnternet Security” kartı təqdim olunacaq. Həmin kartla hazırkı “Kaspersky” istifadəçiləri 1 il, yeni “Kaspersky” istifadəçiləri isə 8 ay tam funksional antivirus xidmətindən istifadə edə biləcəklər. Yeni “Kaspersky” istifadəçiləri hədiyyə kartı əldə etdikdən sonra buradan http://bit.do/kasperskylab antivirus proqram təminatını yükləməlidirlər.

Hədiyyə iki cihaz üçün nəzərdə tutulub və bir neçə əməliyyat sistemini dəstəkləyir.

Kampaniya bu ilin avqustun 31-dək keçirilir.

Bundan əlavə, “Kaspersky İnternet Security” kartı əldə edən, “Ailə NET” abunəçilərinin cari ilin iyulun 31-dək planşet və ya smartfon da qazanmaq imkanları var. Bunun üçün bura daxil olmaq tələb olunur: http://bit.do/lotereya

“Ailə NET”in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber-optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.


18:36 07.07.2016
Xəbər lenti
Bütün xəbərlər