KANAL24.AZ
Az Iw En Ru

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2 mindən çox sığorta tələbi qeydiyyata alınıb

İyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 238 sığorta tələbi qeydiyyata alınıb.

İSB-dan bildiriblər ki, bu tələblər üzrə 2,6 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilib. İyunda nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 144 manat təşkil edib. Ümumilikdə, 2016-cı ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 9 255 sığorta tələbi üzrə 11 milyon 577 min 849 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 3 faiz azalma müşahidə edilib.


18:32 07.07.2016
Xəbər lenti
Bütün xəbərlər