KANAL24.AZ
Az Iw En Ru

Qazaxda taxıl biçini davam edir

Qazax rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 5132 hektar sahədə biçin işlərini yekunlaşdırıb.

Rayon icra hakimiyyətindən bildiriblər ki, zəmilərin 2891 hektarını buğda, 2241 hektarını isə arpa təşkil edib. Buğdanın hər hektarında orta məhsuldarlıq 27 sentner, arpada isə 23,5 sentnerdir.

Qeyd edək ki, qazaxlı fermerlər 7 min 820 hektar sahədə taxıl yetişdirib. Taxıl əkilən sahələrin 5559 hektarını buğda, 2261 hektarını isə arpa zəmiləri təşkil edir.


05:13 07.07.2016
Xəbər lenti
Bütün xəbərlər