Avropa İnvestisiya Bankı (AİB) “AccessBank” QSC-yə 20 milyon avro məbləğində kredit ayırmağı planlaşdırır.
AİB-in saytına istinadla xəbər verir ki, vəsaitin Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Hazırda layihə qiymətləndirilmə və razılaşdırılma mərhələsindədir.