KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan sənayenin inkişafının üç əsas istiqamətini müəyyənləşdirib

Azərbaycanda milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin yaradılmasının ikinci mərhələsi başlayıb.

Bunu Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.

Onun sözlərinə görə, birinci mərhələ çərçivəsində milli iqtisadiyyatın 11 sektorunun inkişafı üzrə dünya təcrübəsi öyrənilib: "Reallaşması artıq başlayan ikinci mərhələ çərçivəsində həyata keçirilməsi həmin sektorların inkişafı məqsədilə nəzərdə tutulan layihələr müəyyənləşdiriləcək".

E.Mikayılov qeyd edib ki, strateji yol xəritəsi çərçivəsində üç əsas sektorun inkişafı nəzərdə tutulub: "Neft və kimya sektorları, ağır sənaye və maşınqayırma".

O əlavə edib ki, sənayenin inkişafı üzrə ciddi tədbirlərə baxmayaraq, bu sahədə hələ də bəzi problemlər mövcuddur: "Problemlər ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyəti ilə və ölkədə istehsal olunan malların çoxunun beynəlxalq standartlara cavab verməməsi ilə bağlıdır. Rəqabət qabiliyyətini artırmaq üçün innovativ texnologiyaların tətbiq edilməsi lazımdır. Bununla bağlı İqtisadiyyat Nazirliyi ciddi addımlar atır, məsələn, sənaye parkları yaradılır".


16:17 06.07.2016
Xəbər lenti
Bütün xəbərlər