KANAL24.AZ
Az Iw En Ru

Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton hektarin və şaftalı geri qaytarılıb

İyulun 5-də Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton hektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb. Ekspertiza nəticəsində məhsulda Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi, ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır.

Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyi nəzərə alınaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.


07:20 06.07.2016
Xəbər lenti
Bütün xəbərlər