KANAL24.AZ
Az Iw En Ru

Bakı-Xarkov sərnişin qatarında dünyaya uşaq gəlib

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən, qatar rəisi İlhamə Bağırova, 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, sərnişin bətnində daşıdığı müqəddəs yükdən azad olub və bir oğlan övladı dünyaya gətirib.

Volqoqrad stansiyasında “Təcili yardım” çağırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

“Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər.


01:36 01.07.2016
Xəbər lenti
Bütün xəbərlər