KANAL24.AZ
Az Iw En Ru

Hepatit xəstələrinə ŞAD XƏBƏR: Azərbaycanda zavod açılacaq

Bu barədə Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil deyib. 
 
Onun sözlərinə görə, əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların istehsalıdır: "Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan "ADMA"-nın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. 14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq". (azvision.az)


23:41 14.06.2016
Xəbər lenti
Bütün xəbərlər