KANAL24.AZ
Az Iw En Ru

Sumqayıtda məktəb açıldı - Hamilə qadınlar təhlükəsiz doğuşa hazırlanır

Hamilə qadınları təhlükəsiz doğuşa hazırlamaq məqsədilə Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasında valideynlər məktəbi fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə bildirilib ki, məktəbdə hamilə qadınlara, onların ailə üzvlərinə hamiləlik zamanı orqanizmdə baş verən anatomik-fizioloji dəyişikliklər barədə, hamiləlik dövründə gigiyenik qaydalar və düzgün qidalanma barədə məlumatlar verilir. Məşğələlər zamanı, həmçinin hamiləlik dövründə risk faktorları, irsi-genetik xəstəliklər, dölə əlverişsiz amillərin (infeksiya, müxtəlif dərmanlar və s.) təsiri və hamiləlik zamanı yaranan digər problemlər barədə geniş izahatlar verilir. Məktəbdə reproduktiv sağlamlıq və ailənin planlaşdırılması məsələlərinə xüsusi diqqət verilir.

Valideynlər məktəbində məşğələlər həftədə bir dəfə müntəzəm surətdə aparılır. Ayda bir dəfə hamiləlik, doğuş və zahılıq dövründə ailədə qadına psixoloji və fiziki dəstəyin əhəmiyyəti barədə məlumat verilməsi üçün məşğələlərə psixoloq dəvət olunur.


20:26 09.06.2016
Xəbər lenti
Bütün xəbərlər