KANAL24.AZ
Az Iw En Ru

Dərs buraxmağa görə cərimə ləğv edildi

Prezident sərəncam imzaladı.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Kanal24.az xəbər verir ki, dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilir.

Qeyd edək ki, həmin maddədə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulurdu.


03:54 21.05.2016
Xəbər lenti
Bütün xəbərlər