KANAL24.AZ
Az Iw En Ru

AMEA-da akademik Tofiq Hacıyevin 80 illik yubileyi qeyd olunacaq

Mayın 18-i saat 11:00-da AMEA-nın Əsas binasında  igörkəmli türkoloq, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.
 
Tədbirdə “Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri”, “Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim”, "Tofiq Hacıyev və “Kitabi-Dədə Qorqud”, “Görkəmli alim və böyük müəllim” mövzularında məruzələr dinləniləcək.
 
Xatırladaq ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru olmuş Tofiq Hacıyev ötən il dəm qazından boğularaq vəfat etmişdi. Bir neçə gün bundan əvvəl isə akadmemikin həyat yoldaşı da dünyasını dəyişdi.


01:29 17.05.2016
Xəbər lenti
Bütün xəbərlər