KANAL24.AZ
Az Iw En Ru

Təhsil Şöbəsi: Zorlandığı deyilən qız məktəbdə oxumur, müəllim işdən çıxarılıb

Şamaxı Rayon Təhsil Şöbəsi son günlər yerli mətbuatda dərc olunan və rayon sakini olan 9-cu sinif şagirdinin müəllim tərəfindən zorlanması, hamilə qalması ilə bağlı xəbərlərə münasibət bildirib.

Şöbədən Ölkə.Az-a daxil olan məlumatda qeyd olunur ki, adı mətbuatda hallanan, şərti adı A. olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub.  

“O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir”, - deyə, idarədən qeyd ediblər.

O da bildirilib ki, hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbin müəllimi Elnur İbrahimov 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. 

“Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - deyə Təhsil Şöbəsindən vurğulayıblar.


00:42 14.05.2016
Xəbər lenti
Bütün xəbərlər