KANAL24.AZ
Az Iw En Ru

Məleykə Abbaszadə: Bu il qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq

Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib".

Kanal24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib: "Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq".

M. Abbaszadə əlavə edib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir: "İxtisasların müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar".


17:37 10.05.2016
Xəbər lenti
Bütün xəbərlər