KANAL24.AZ
Az Iw En Ru

Nazirlik işdən çıxan baş həkimlə bağlı AÇIQLAMA YAYDI

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazıb. 
 
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, hələ səhiyyə naziri Oqtay Şirəliyev S.Hüseynzadənin vəzifədən azad edilməsi ilə bağlı əmr imzalamayıb.
Tibbi mərkəzin baş həkimi vəzifəsi müvəqqəti olaraq II cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşova tapşırılıb.
Qeyd edək ki, S.Hüseynzadə baş həkim vəzifəsinə ötən ilin sentyabr ayında təyin olunmuşdu.

06:31 05.05.2016
Xəbər lenti
Bütün xəbərlər