KANAL24.AZ
Az Iw En Ru

BANM və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu

Bakı Ali Neft Məktəbi (BANM) və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Tədbirdə Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetler, Abu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirinin müavini Abdulla Əl Şəmsi, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov BANM və Abu Dabi Neft İnstitutu arasında qurulan əməkdaşlığın mühəndislik ixtisasları üzrə tələbə və akademik heyətin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, elmi işlərin, akademik nəşrlərin, təlim materiallarının və digər məlumatların mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərməsinə şərait yaradacağını bildirib. 

Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetler Azərbaycanda və mühəndislik sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlayan Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi Neft İnstitutunun mühəndislik və enerji sənayesi sahəsi üzrə mütəxəssislərin hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Abu Dabidə yaranan dünya səviyyəli ali təhsil ocağı və tədqiqat mərkəzi olduğunu bildirib. 

Sonda BANM və Abu Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

BANM-in rektoru Elmar Qasımov Abu Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetlerə Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.


18:21 04.05.2016
Xəbər lenti
Bütün xəbərlər