KANAL24.AZ
Az Iw En Ru

FİA: Qarabağ münaqişəsi “Formula-1”ə təhlükə yaratmır

“Bizim bu işlərə aidiyyətimiz yoxdur”.

FİA və “Formula-1” rəhbərlikləri əmindirlər ki, Dağlıq Qarabağ münaqişəsi Avropa Qran-prisinin Bakıda keçirilməsinə mane olmayacaq, Oxu.Az“Inautonews”a istinadən xəbər verir.

“Biz əminik ki, Avropa Qran-prisi təhlükəsizlikdədir. Biz son xəbərləri izləyirik, lakin avtomobil yarışları siyasətdən kənardır. Bundan əlavə, gərginliyin azalması barədə məlumatlarımız var”, — nəşr FİA mətbuat katibinin sözlərini sitat gətirir.

“Mən əminəm ki, münaqişə yarışa təsir etməyəcək. Bəhreyndə də eyni vəziyyət yaranmışdı. Bizim bu işlərə aidiyyətimiz yoxdur. “Formula-1” heç kimlə müharibə aparmır”, — deyə “Formula-1”in rəhbəri Berni Ekklstoun söyləyib.


22:41 01.05.2016
Xəbər lenti
Bütün xəbərlər