KANAL24.AZ
Az Iw En Ru

Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində ikinci gün (FOTO)

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından (AGF) Kanal24-ə verilən məlumata görə, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir.

Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.

Turnirin ikinci günündə qadın güləşçilər mübarizə aparacaq.

69 kq
1/8 final - Gözəl Zutova - Adina Elena Popescu (ROU)

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

İlk görüşlər Bakı vaxtı ilə 23 aprel, saat 04:00-da başlayacaq.

 
 
 

19:44 22.04.2016
Xəbər lenti
Bütün xəbərlər