KANAL24.AZ
Az Iw En Ru

"Formula 1"ə görə viza qaydaları dəyişdi

İyun ayında Bakıda keçiriləcək "Formula 1" yarışları üçün media nümayəndələri, FOM/FIA/Komanda heyətləri və xarici azarkeşlər üçün nəzərdə tutulan viza və gömrük prosedurlarına yeniliklər edilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ANS PRESS-ə verilən məlumata görə, 17-19 iyun tarixində baş tutacaq "Formula 1" Avropa Qran Prisində iştirak etmək üçün Bakıya gələcək daimi akkreditasiyası olan media nümayəndələrinin, FOM/FIA/Komanda heyətlərinin və xarici azarkeşlərin viza rəsmiləşdirilməsi qaydalarına edilmiş yeniliklər haqqında məlumat yayıb. 

Daimi Akkreditasiyası olan media nümayəndələri, FOM/FIA/Komanda heyətləri və xarici azarkeşlər üçün Hava Limanında vizaların verilməsi

Adıçəkilən şəxslər üçün vizaların verilməsi qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilib. Pasport və Formula 1 Avropa Qran Prisi üçün daimi "Formula 1" media buraxılış vəsiqəsi və daimi akkreditasiya ilə təmin olunmuş bütün daimi akkreditasiyası olan media nümayəndələri və FIA/FOM/Komanda heyətləri artıq viza üçün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında xidmət göstərən bir neçə viza məntəqəsinə passport və daimi akkreditasiya sənədi ilə müraciət edə bilərlər. 

Bu sadələşdirilmiş qaydalar, o cümlədən, Avropa Qran Prisini izləmək üçün ölkəmizə səfər etmək istəyən, pasport və bileti, yaxud biletin alınması haqqında təsdiq sənədi olan azarkeşlərinə də şamil edilir. Belə ki, həmin şəxslər Azərbaycana daxil olmaq üçün vizanı Bakı Hava Limanındakı Viza məntəqəsinə müraciət edərək əldə edə bilərlər. BŞH-nin bu məqsədlə hava limanında təşkil edəcəyi viza məntəqəsi iyunun 1-də fəaliyyətə başlayacaq.

Hava limanında viza rəsmiləşdirilməsi üçün 35 avro məbləğində birdəfəlik rüsum ödənilməlidir. 

"Formula 1" yarışı
"Formula 1" yarışı

Bir yarışlıq akkreditasiyası olan beynəlxalq media üçün viza müraciət qaydaları

Azərbaycan Hökuməti və BŞH, Bakıya səfər etmək və iyun ayında baş tutacaq yarışları işıqlandırmaq niyyətində olan bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələri üçün sadələşdirilmiş və asan viza müraciət qaydaları hazırlayıb. Bir yarışlıq akkreditasiyaya sahib beynəlxalq media nümayəndələri akkreditasiyanın təsdiqini yarışa az müddət qalmış alacağı üçün, BŞH bu müraciətçilərin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan vizası üçün müraciət prosesinə səfərdən kifayət qədər əvvəl başlasınlar. 

Formula 1-in açılış mərasimi fərqli olacaq

Vizaya müraciət etmək üçün, BŞH bütün bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələrinə müraciət edərək bildirir ki, aşağıda qeyd olunmuş məlumatları 30 may tarixindən gec olmayaraq [email protected] ünvanına göndərsinlər. 

• Tam doldurulmuş Viza müraciət forması (FIA/FOM saytında əldə edə və/və yaxud email vasitəsilə[email protected] ünvanına müraciət edərək əldə edə bilərsiniz)
• Pasportunuzun aydın və rəngli şəkildə skan olunmuş surəti (hər iki səhifəsi) 
• Pasport üçün aydın və rəngli 3x4 ölçülü rəqəmsal fotoşəkil  
• Təyyarə biletiniz və otel bronu haqqında məlumat (Viza üçün müraciət etməzdən əvvəl əldə etmək tələb olunur)

Viza üçün edilən müraciətə müsbət cavab verilmiş hər bir şəxs üçün birdəfəlik ödəniş haqqı 70 ABŞ dolları təşkil edəcək.

Mayın 30-dan sonra viza üçün müraciət edəcək şəxslər üçün əlavə qiymətə təklif olunan xüsusi “son dəqiqə” Viza xidməti mövcuddur. Bu cür müraciətlərə tam ərizə paketi göndərildikdən sonra üç iş günü ərzində baxılacaq. 

Bakı küçələrində virtual Formula 1 yarışı

Media avadanlıqları/Gömrük nəzarəti:

Azərbaycana öz elektronik/çəkiliş avadanlıqlarını gətirmək istəyən bütün media nümayəndələrinin, xüsusilə fotoqrafların və yayım heyətinin nəzərinə çatdırmaq istəyirik ki, gömrük nəzarəti zamanı hər bir avadanlıq üçün öncədən alınmış müvafiq icazə sənədi tələb olunacaq. 

“Azərbaycan biletdən 3-4 milyon qazanacaq"

Odur ki, BŞH bütün media nümayəndələrinə müraciət edərək, istifadə edəcəkləri avadanlıqların siyahısını (seriya nömrələri də daxil olmaqla) Excel sənədi formatında 30 may 2016-cı ildən gec olmayaraq təsdiq üçü[email protected] ünvanına göndərmələrini xahiş edir. 

Media nümayəndələri üçün otel:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Avropa Qran Prisi ərzində Formula 1 yarışında iştirak edəcək media nümayəndələri üçün mövcud 2 otelə xüsusi qiymətlərlə yerlər təklif edir. Xahiş edirik nəzərə alasınız ki, bu otellərdə yerlər məhduddur və bu yerlər daha tez müraciət edən şəxslərə təklif olunacaq.  

Qeyd etdiyimiz otellərdə qalan yerlər haqqında məlumat almaq və ya otaq sifariş etmək üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik: [email protected]

Təyyarə biletləri:

Əgər uçuş biletinizi hələ də rezervasiya etməmisinizsə, BŞH yerli səyahət tərəfdaşı vasitəsilə sizin biletinizi təşkil edə bilər. Əlavə məlumat almaq üçün bizimlə bu email vasitəsilə əlaqə saxlaya bilərsiniz: [email protected] 
Bundan əlavə, BŞH media nümayəndələrindən xahiş edir ki, otel rezervasiya edərkən, gəlmə vaxtına uyğun olaraq avtobus transferi xidmətinin təşkil edilməsi üçün emailə uçuş məlumatlarını daxil etsinlər. 

Bizimlə email vasitəsilə əlaqə saxlayan zaman başlıqda mütləq müraciətinizin səbəbini bildirən müvafiq sözü qeyd edin. Məsələn: gömrük, uçuş, otel, viza və s.

Əlaqə:Bakıya səfərinizlə əlaqədar hər hansı bir sualınız olarsa, BŞH ilə istədiyiniz zaman əlaqə saxlaya bilərsiniz:[email protected] 


18:24 21.04.2016
Xəbər lenti
Bütün xəbərlər