KANAL24.AZ
Az Iw En Ru

“Qalatasaray” və “Fənərbaxça” 3 qolla sevindi

Türkiyə kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

"Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Matç "Fənərbaxça"nın böyükhesablı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "sarı-lacivərdli" komanda finala bir qədər də yaxınlaşıb.

"Qalatasaray" isə səfərdə "Rizespor"un qonağı olub. "Sarı-qrımızılılar" 3:1 hesabı ilə qalib gələrək cavab matçıöncəsi böyük üstünlük əldə edib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 4-ü keçiriləcək.

"Rizespor" - "Qalatasaray" 1:3
Qollar: Ahmet İlhan, 72 - Emre Çolak, 15, Yasin Öztekin, 61, Lukas Podolski, 90

"Konyaspor" - "Fənərbaxça" 0:3
Qollar: Şən, 38, Nani, 45, van Persi, 90


17:38 21.04.2016
Xəbər lenti
Bütün xəbərlər