KANAL24.AZ
Az Iw En Ru

"Mançester Siti" və "Arsenal"ın skautları Bakıya gəlir

Avropanın məşhur futbol klublarının skautları Bakıya gəlirlər.

Kanal24.az AFFA-nın saytına istinadən məlumata görə, mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə Avropanın tanınmış klubları tərəfindən böyük maraq göstərilir.

İngiltərənin "Mançester Siti" və "Arsenal", İspaniyanın "Sevilya", Portuqaliyanın "Portu" klubunun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.


03:30 21.04.2016
Xəbər lenti
Bütün xəbərlər