KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və İran sərhəddə dəmir yolu körpüsünün təməlini qoydular

Azərbaycan-İran sərhədində, Azərbaycanın Astara şəhərində Astaraçay üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

Təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də iki ölkənin dəmir yolu qurumlarının rəhbərləri Cavid Qurbanov və Möhsün Purseyid iştirak ediblər.

Dəmir-beton körpüsünün uzunluğu 82,5 metr, eni 10,6 metr təşkil edəcək, onun 4 dayağı, 3 aşırımı olacaq, aşırımın uzunluğu 27,5 təşkil edəcək.

Körpünün tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Astaraçay üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarını birləşdirəcək və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara (Azərbaycan) - Astara (İran) sahəsinin əsas hissəsi olacaq.


00:13 21.04.2016
Xəbər lenti
Bütün xəbərlər