KANAL24.AZ
Az Iw En Ru

Bakının İlqar Zülfüqarov küçəsi təmir olunub

Bakının Xətai rayonunun İlqar Zülfüqarov küçəsi əsaslı təmirdən sonra istifadəyə verilib.

Təmir işlərini həyata keçirən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Kanal24.az-a verilən məlumata görə, küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir.

Bu işlər çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək, əvəzinə 2 min poqonmetr yeni səki daşları düzülüb. Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Daha sonra ikiqat olmaqla təqribən 7 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, mövcud piyada səkiləri də bərpa olunaraq asfaltlanıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

“Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün kompleks tədbirlərini davam etdirir.


17:56 14.04.2016
Xəbər lenti
Bütün xəbərlər