KANAL24.AZ
Az Iw En Ru

Kazanda Azərbaycanın turizm potensialının təqdimatı keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən Tatarıstanın Kazan şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilin.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Rauf Paşayev, “Tour A Vent” şirkətinin nümayəndəsi Yuliya Uba, eləcə də “Jumeirah Bilgah Beach Hotel”, “Shamakhi Palace”, “Naftalan Hotel by Rixos”, “Intourist”, “Bulvar”, “Qarabağ” otellərinin və “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış ediblər.

Nazirlikdən Kanal24.az-a bildirilib ki, nümayəndələr təqdimat zamanı Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib, öz məhsullarını təqdim ediblər.

“Tour A Vent” şirkətinin nümayəndəsi çıxışında Kazan şəhərinin yaxınlığında yerləşən Ulyanovsk şəhərindən Bakıya açılması planlaşdırılan çarter reyslərindən danışıb. Qeyd edib ki, çarter reysin, oteldə yerləşmə, transfer və sığortanın daxil olduğu tam turizm məhsulunun yaradılmasında, Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları"nın (AZAL) böyük köməyi olub. Bildirilib ki, AZAL-la əməkdaşlıq çərçivəsində belə çarter reyslərin Rusiyanın Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı və Kazan şəhərlərindən də açılması nəzərdə tutulur.

Təqdimatda Kazan şəhərinin və Rusiya Federasiyasının tur operatorları, jurnalistləri, qonşu şəhərlərin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Sonda keçirilən lotereya oyununda Azərbaycana turpaketlər qazanılıb.

Azərbaycanın turizm potensialının növbəti təqdimatı Ulyanovsk şəhərində keçirilib.


04:36 13.04.2016
Xəbər lenti
Bütün xəbərlər