KANAL24.AZ
Az Iw En Ru

Polşada “Azərbaycan eposları” seriyasından üç kitab çap edilib

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən “Azərbaycan eposları” seriyasından “Koroğlu”, “Oğuzxan” və “Azərbaycan folkloru” kitabları çap edilib.

“Xalq hikmətləri” başlığı altında işıq üzü görən bu kitablar Diasporla İş üzrə Dövlət Komitəsi, Vrotslav və Lodz universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində nəşr olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, kitablar Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

Qeyd edək ki, son illər səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ölkəmizin mədəniyyət, incəsənət və mətbəxinə aid Azərbaycan-Polşa seriyalarında polyak dilində 41 adda kitab çap olunub.


02:10 12.04.2016
Xəbər lenti
Bütün xəbərlər