KANAL24.AZ
Az Iw En Ru

“Kapellhaus”da ənənəvi musiqi axşamı

Aprelin 12-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyində növbəti vokal musiqisi axşamı keçiriləcək.

“Kapellhaus”dan AZƏRTAC-a bildirilib ki, musiqi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Jalə Cəfərovanın sinfinin tələbələri çıxış edəcəklər. Konsertmeyster Ülviyyə Əliyevadır. Proqrama İ.S.Bax, F.Mendelson, İ.Brams, C.Puççini, R.Şuman, K.Qlük, C.Meyerber, S.Rüstəmov, T.Quliyev və digər tanınmış bəstəkarların əsərləri daxildir.


17:42 10.04.2016
Xəbər lenti
Bütün xəbərlər