KANAL24.AZ
Az Iw En Ru

“Erməniləri yaxşı tanıyaq” kitabı təqdim olunub

Kitabevim.az mağazasında Həmid Aslanlı və Fariz Əmirlinin birgə yazdığı “Erməniləri yaxşı tanıyaq” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda tanınmış ziyalılar, elm və təhsil adamları, şair və yazıçılar iştirak ediblər.

Filologiya üzrə fəlsəfə doktoru Elvin Əliyev kitab haqqında və kitabın müəllifləri barədə məlumat verib. Kitabın gənc nəsil üçün olduqca əhəmiyyətli bir mənbə olduğunu xatırladıb.

Çıxış edənlər ölkəmizin 20 faiz ərazisinin işğal edən, daim beynəlxalq ictimaiyyəti aldadan, yalan rəy formalaşdıran, mütəmadi olaraq atəşkəsi pozub mülki əhalimizi atəşə tutan düşmənə son günlər Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab verildiyini bildiriblər. Vurğulanıb ki, ermənilər artıq öz məkrli siyasətlərini həyata keçirə bilməyəcəklər.

Müəlliflər əsərin yazılma səbəbi və ideyası haqqından məlumat verərək imzaları ilə yeni kitabı tədbir iştirakçılarına hədiyyə ediblər.

 


02:42 07.04.2016
Xəbər lenti
Bütün xəbərlər