KANAL24.AZ
Az Iw En Ru

Bakı Slavyan Universitetinin tələbələri ordumuzu dəstəkləyirlər

Aprelin 4-də Bakı Slavyan Universitetində (BSU) müəllim və tələbələrin iştirakı ilə ordumuza dəstək aksiyası keçirilib.

Universitetdən Kanal24-ə bildiriblər ki, aksiya iştirakçıları Azərbaycanın Dövlət himnini səsləndiriblər. Şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarınmızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru, professor Asif Hacıyev və digər çıxış edənlər Qarabağ münaqişəsinin tarixi və mahiyyəti barədə danışıb, ərazi bütövlüyümüzün beynəlxalq sənədlərdə əksini tapdığını vurğulayıblar. Ermənilərin növbəti təxribatının qarşısının ordumuz tərəfindən qəhrəmanlıqla alındığı və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, böyük zəfər qazanıldığı bildirilib. Qeyd olunub ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, lakin ərazi bütövlüyünün bərpası üçün hərbi vasitələrdən istifadə etməyə də hazırdır.


18:30 04.04.2016
Xəbər lenti
Bütün xəbərlər