KANAL24.AZ
Az Iw En Ru

Almaniya tarixinin ən böyük cekpotu udulub

Almaniyada keçirilən növbəti “EuroJackpot” lotoreya oyununda iştirakçılardan biri böyük məbləğdə pul udub.

Bu barədə məlumat  Almaniya mətbuatında yer alıb.
Məlumata görə, Şimali Reyn-Vestfaliya vilayətinin adı məlum olmayan sakini 77 milyon avronun sahibi olub.
 
Qazanılan böyük məbləğ bu cür lotoreya tarixi üçün Almaniyada ən böyük ,Avropada isə ikinci böyük uduşdur.
 
Qeyd edək ki, 2015-ci ildə Çexiya vətəndaşı bu lotoreyada 90 milyon avro udub.
“EuroJackpot” oyunu Avropanın 17 ölkəsində oynanılır.

 


06:59 27.03.2016
Xəbər lenti
Bütün xəbərlər