KANAL24.AZ
Az Iw En Ru

Tarixdə bu gün - 25 Mart

1907-ci il. Azərbaycanın mühacir şairi Almas İldırım anadan olub (1907-1952).

Bakının Qala kəndində dünyaya göz açan Almas İldırım 44 yaşında Türkiyədə vəfat edib. Onun Vətən həsrətli şeirləri və istiqlal sevgisi gənclərə mükəmməl örnəkdir. Bakının Şüvəlan qəsəbəsində Almas İldırımın adını daşıyan küçə var.

 

1803-cü il. Böyük Britaniya ilə Fransa arasında Amien sülh müqaviləsi imzalanıb.

Bu müqavilə ilə Britaniya və Fransa arasında 1800-1802-ci illər müharibəsinə son qoyulub.

 

421-ci il. Venesiyanın əsası qoyulub.

Adriatik dənizinin Venesiya körfəzi sahilindəki Venesiya şəhəri “Dənizlər kraliçası” adlanır. Şəhər bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb. Adalar arasında 400-dək körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (XIV əsr- XVI əsrin əvvəlləri) formalaşıb. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829-832; 1073-95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.

1997-ci il. Ekvador sahillərində əfsanəvi dəniz xəzinəsi tapılıb. Ekspertlər 1654-cü ildə batmış “La Capitana” adlı döyüş gəmisinin göyərtəsindən xəzinə ovçuları tərəfindən tapılan dəfinəni qiymətləndirməkdə çətinlik çəkiblər. Belə ki, vaxtilə Cənubi Amerikadan İspaniyaya hərəkət edən gəmi, sözün əsl mənasında, ağzına kimi qızıl və gümüşlə dolu olub.


17:20 25.03.2016
Xəbər lenti
Bütün xəbərlər