KANAL24.AZ
Az Iw En Ru

Enrike İqlesias Bakıya gəlir

Müğənni Formula 1 Qran Prisi çərçivəsində iyunun 18-də Bakı bulvarında konsert verəcək.
 
Dünya şöhrətli müğənni Enrike İqlesias Bakıya gələcək. ANS PRESS-in məlumatına görə, ulduz ifaçının Bakıya səfəri ilə bağlı məlumat  E.İqlesiasın rəsmi saytında  yer alıb.
 
Müğənni  Formula 1 Qran Prisi çərçivəsində iyunun 18-də Bakı bulvarında konsert  verəcək. Məşhur müğənni yeni albomundan mahnılar təqdim edəcək. İfaçının rəsmi saytında konsertə bilet də almaq mümkündür. 
 
 Bir müddət əvvəl Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ANS PRESS-ə müsahibəsində bildirib ki, Formula 1 yarışlarında dünya şöhrətli müğənnilər iştirak edəcək. "Planlaşdırılır, sadəcə hazırda bu məlumatlar sirr olaraq saxlanılır. Ətraflı məlumat yarış öncəsi rəsmi veb səhifəmiz vasitəsi ilə elan ediləcək". 
 
Enrike İqlesiasın rəsmi saytı
 
Dünyada Latın Amerikası musiqisinin ən parlaq nümayəndələrindən olan Enrike İqlesiasın mükafatlar kolleksiyasında çoxlu sayda "Qremmi" və "American Music Awards" heykəlcikləri var. İndiyə qədər 9 albom sahibi olan ifaçının dünyada 100 milyon diski satılıb. Enrike İqlesias bir müddət əvvəl səhnədə mahnı ifa edən zaman əlini kəsib.

01:40 25.03.2016
Xəbər lenti
Bütün xəbərlər