KANAL24.AZ
Az Iw En Ru

Novruz bayramı Volqoqradda da qeyd edilib

Martın 20-də Volqoqrad gəncləri Novruz bayramını qeyd ediblər.

RAGB-nin Volqoqrad bölməsi tərəfindən “Bakı” kafesində təşkil edilmiş bayram şənliyində gözəl Azərbaycan musiqisi, başqa türkdilli xalqların mahnıları səslənib, “Sarı gəlin” rəqsi ifa edilib. Novruz süfrəsini bəzəyən səməni, boyanmış yumurtalar, paxlava, şəkərbura, qoğal və başqa milli şirniyyat və yeməklərin xoş ətri bayram əhval-ruhiyyəsini daha da canlandırıb. Volqoqrad çoxmillətli şəhər olduğu üçün azərbaycanlıları təbrik etməyə gələnlər arasında “Qafqaz ritmləri” ictimai təşkilatının, həmçinin gənclərin “Şəfqətli ürəklər” xeyriyyə hərəkatının nümayəndələri də vardı.

Novruz bayramı Volqoqradın Krasnoarmeyski rayonunda da qeyd edilib.


03:46 23.03.2016
Xəbər lenti
Bütün xəbərlər