KANAL24.AZ
Az Iw En Ru

Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkərandakı qarışıq tipli uşaq evində Novruz şənliyi keçirilib

   Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkərandakı qarışıq tipli uşaq evində Novruz şənliyi keçirilib.

   AZƏRTAC xəbər verir ki, valideyn himayəsindən məhrum olan uşaqları Novruz bayramı münasibətilə təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təhsil və tərbiyə müəssisəsinə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsi, uşaqlarla bağlı dövlət proqramlarının, müxtəlif layihələrin həyata keçirilməsi böyüməkdə olan nəslə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Bayram süfrəsi arxasında davam edən mərasimdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Kosa və Keçəlin, Bahar qızının çıxışları bayram şənliyini daha da rövnəqləndirib.


19:30 21.03.2016
Xəbər lenti
Bütün xəbərlər