KANAL24.AZ
Az Iw En Ru

Məmməd Səid Ordubadinin xatirəsi anılıb

M.S.Ordubadinin ev-muzeyində Azərbaycan ədəbiyyatının tarixi roman janrının banisi, görkəmli ictimai xadim M.S.Ordubadinin anadan olmasının 144-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru Lalə Abaszadə açaraq qonaqları salamlayıb və M.S.Ordubadi muzeyinin fəaliyyəti haqqında məlumat verib.

Tədbir çərçivəsində “Məmməd Səid Ordubadi arxivinin izahlı təsviri” adlı kitabın da təqdimatı olub. Kitabda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda ədibin qorunub saxlanılan arxiv materiallarının bir hissəsi: məktublar, mahnılara yazılan sözlər, çap olunan və olunamayan pyeslər, dramlar və hekayələr öz əksini tapıb.

Tədbirdə kitabın müəllifləri, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli və filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova çıxış edərək, M.S.Ordubadi yaradıcılığından və yeni çap olunmuş kitabdan söhbət açıblar. Kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonda M.S.Ordubadinin qardaşı qızı Nəzifə Məmmədova tədbirin təşkilinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə, muzeyin rəhbərliyinə və kitabın müəlliflərinə öz təşəkkürünü bildirib.

 


01:35 20.03.2016
Xəbər lenti
Bütün xəbərlər