KANAL24.AZ
Az Iw En Ru

Bakı neft buruqları arasında çəkilən şəkillərin rəqəmsal kompozisiyası sərgilənib

Parisdə “Gallery Digital ARTWORK” sərgisində məşhur fransız fotoqraf Jak Beneşin yeni rəqəmsal kompozisiyaları nümayiş olunub. Kompozisiyalar arasında fotoqrafın Bakı və Salyanda neft buruqları arasında çəkdiyi moda şəkillərindən hazırlanmış rəqəmsal kompozisiyası da tamaşaçılara təqdim olunub.

Fransız fotoqraf bir neçə il əvvəl tanınmış kuturye Tilman Qrove ilə birlikdə ingilis jurnalına moda şəkilləri çəkmək məqsədi ilə ölkəmizə gəlib.

Bakı və Qobustan, eləcə də Salyan neft buruqlarındakı mənzərələr fotoqraf və kuturyenin diqqətini cəlb edib.

Məşhur fotoqraf ölkəmizin görməli yerlərində kuturye Tilman Qrovenin hazırladığı libaslarla çəkilmiş “Neft Şahzadəsi” adlı silsilə fotolarını hazırlayıb.

Bakının gözəlliyinə heyran olan fotoqraf Jak Beneş yenidən Azərbaycana gəlmək, onun əsrarəngiz mənzərələrini çəkmək və ölkəmizə həsr edilmiş sərgi təşkil etmək arzusundadır.

Fotoqraf moda və səyahət şəkillərinin əsasında tamaşaçını sirli aləmə aparan rəqəmsal kompozisiyaları ilə məşhurdur.


18:12 19.03.2016
Xəbər lenti
Bütün xəbərlər