KANAL24.AZ
Az Iw En Ru

ABŞ-ın “The Exchange” pop qrupu Bakıda konsert proqramı ilə çıxış edib

   Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə martın 14-18-də məşhur “The Exchange” pop qrupunun ölkəmizə ilk səfəri təşkil olunub. Bu qrupun üzvləri musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını akapellada oxuyurlar.

“The Exchange” qrupu ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramının bir hissəsi olaraq Azərbaycanda ictimai konsertlər verib və yerli musiqiçilər üçün ustad məşğələləri keçirib.

Qrupun növbəti konserti martın 18-də Bakıdakı “Elektra Hall”da təşkil edilib. Qrupun konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramı tanınmış Amerika musiqiçilərini dünya ölkələrinə gətirir və mədəniyyətlərarası anlayış və əməkdaşlığı təbliğ edir.


03:59 19.03.2016
Xəbər lenti
Bütün xəbərlər