KANAL24.AZ
Az Iw En Ru

Kərküklü şair Bakıya “Novruz çiçəkləri” ilə gəlib

Martın 18-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri, şair Şəmsəddin Kuzəçinin “Novruz çiçəkləri” antologiyasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, türk dünyası qadın şairlərinin şeirlərinin toplandığı antologiya Azərbaycan dilində çap olunub.

Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev Azərbaycan-Kərkük ədəbi əlaqələrindən, dili bir, dini bir, adət-ənənələri bir olan xalqlarımızın doğmalığından, müştərək mənbədən bəhrələndiyindən danışıb.

Ankarada Türkməneli Mədəniyyət Mərkəzinin sədri, doktor Mustafa Ziya, yazıçı-publisist Azər Həsrət, şairə Fərqanə Mehdiyeva və başqaları hər iki xalqa məxsus folklor nümunələrində və ruhən bir-birinə oxşayan şeirlərimizdə dostluq və qardaşlıq münasibətlərinin aşkar duyulduğunu söyləyiblər.

Tədbirdə kitabın müəllifi, Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri, şair Şəmsəddin Kuzəçi bildirib ki, kitabda 100 şairin şeiri işıq üzü görüb.

Tədbirdə Kərkük və Azərbaycan şairlərinin şeirləri səsləndirilib.

Sonda Ş.Kuzəçiyə 50 illik yubileyinə görə AYB-nin fəxri diplomu təqdim olunub.


03:08 19.03.2016
Xəbər lenti
Bütün xəbərlər