KANAL24.AZ
Az Iw En Ru

Ramana-Maştağa avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrıldı

   Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

   Sərəncamda qeyd olunur ki, səksən altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılsın.


01:32 19.03.2016
Xəbər lenti
Bütün xəbərlər