KANAL24.AZ
Az Iw En Ru

"Eurovision-2016" nümayəndə heyəti rəhbərlərinin görüşü keçirilib

   Stokholmda "Eurovision -2016 "mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndə heyətləri rəhbərlərinin ilk rəsmi görüşü keçirilib.

   Kanal24.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş çərçivəsində 43 ölkənin hər biri öz təmsilçisinin adını və ifa olunacaq mahnını Avropa Yayım Birliyinə (EBU) rəsmi şəkildə təqdim edib.

   Qeyd edək ki, nümayəndə heyətlərinin rəhbərləri müvafiq ölkəni Avropanın sevimli “Eurovision” şousunun hazırlıq işinə rəhbərlik edən məsul şəxslərdir. Görüşdə eyni zamanda müsabiqəyə hazırlığın gedişi müzakirə olunub. Nümayəndə heyətlərinin başçıları Stokholmda müsabiqə ilə bağlı bütün yeniliklərlə və müsabiqənin keçiriləcəyi arena ilə tanış olublar. Görüşdə hətta gələn il keçiriləcək “Eurovision-2017” müsabiqəsinin ilkin tarixləri də açıqlanıb.

   EBU-nun rəsmi məlumatına görə, əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 17-si, 2-ci yarımfinalı mayın 18-də, final isə mayın 20-də keçiriləcək.


00:13 19.03.2016