KANAL24.AZ
Az Iw En Ru

QHT-lərə Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verildi - FƏRMAN

   Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Əsasnaməyə aşağıdakı məzmunda 2.4.7-2-ci yarımbənd əlavə edilib:

 

   “2.4.7-2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda göstərilmiş qurumlar tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları qiymətləndirir və bu qrantlara dair rəylər verir;”.


02:50 18.03.2016
Xəbər lenti
Bütün xəbərlər