KANAL24.AZ
Az Iw En Ru

ADMİU-nun tələbəsi beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi, beynəlxalq müsabiqələr laureatı Natavan Dinikayeva İspaniyada keçirilən “Open Spain” beynəlxalq müsabiqəsində iştirak edib.

ADMİU-dan Kanal24.az-a bildiriblər ki, yeddi ölkədən yüzədək iştirakçının qatıldığı müsabiqədə Azərbaycanın gənc pianoçusu xarici bəstəkarların əsərlərini yüksək səviyyədə ifa edərək birinci yerə layiq görülüb.


04:19 17.03.2016