KANAL24.AZ
Az Iw En Ru

"Heydər" məscidində Ankara terrorunda həlak olan şəxslər anılıb

   Azərbaycanın ən böyük məscidi olan "Heydər" məscidində bu il martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror faciəsi nəticəsində həlak olan şəxslər anılıb..

   Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli məlumat verib.

   O bildirib ki, qılınan namazlarda faciədə ölənlərin ruhuna dualar edilib: "Martın 15-də "Heydər" məscidində qılınan günorta və axşam namazlarında Ankarada baş verən terror aktı nəticəsində həlak olanların ruhuna dualar edilib, Allahdan rəhmət dilənilib".  


19:04 16.03.2016
Xəbər lenti
Bütün xəbərlər