KANAL24.AZ
Az Iw En Ru

Xalq Şairinin xatirəsi anılıb

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda (AYB) Xalq Şairi Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AYB-dən Kanal24.az-a bildirilib ki, qurumun sədri, Xalq Yazıçısı Anar şairin yaradıcılığından söz açıb. Bildirib ki, Süleyman Rüstəm ömrünün son günlərinə kimi Yazıçılar Birliyinə gəlib, vaxtını, zamanını burada keçirib. Şairin Cənub həsrətindən yoğurulan şeirləri, poemaları, qəzəlləri yaddaqalandır və onun yaradıcılığı ədəbiyyatımızda, poeziyamızda xüsusi rol oynayır.

Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqaları S.Rüstəm yaradıcılığını yüksək qiymətləndirib və onun poeziyasının əbədiyaşarlığından söz açıblar.

Tədbirdə çıxış edənlər S.Rüstəm haqqında düşüncələrini paylaşıb, xatirələrini dilə gətiriblər.

Şairin oğlu Azad Rüstəmzadə atasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və mərasim iştirakçılarına minnətdarlığını bildirib.


04:23 15.03.2016