KANAL24.AZ
Az Iw En Ru

Fernando Alonso Bakıda - “Asan olmayacaq”

   Formula 1 üzrə ikiqat dünya çempionu, Avropa Qran Prisinin 3 qat qalibi McLaren Honda komandasının heyətində çıxış edən Fernando Alonso Bakıdadır.

   O, bu gün mətbuat konfransı keçirib. Pilot Bakıda olmaqdan böyük məmnunluq hissi keçirdiyini qeyd edib:

   “Azərbaycanda ilk dəfə belə yarış olacaq. Bununla bağlı gözəl infrastrukturunuz var. İyunda gözəl yarışa şahidlik edəcəksəniz”.

   Daha sonra Fernando Alonso jurnalistlərin suallarını cavablandırıb:

- Formula 1 sürücüsü kimi siz trasın hansı hissəsini bəyəndiniz?

- Fikrimcə ən sürətli döngələr pilotlara problem yaradacaq. Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu asan olmayacaq. Sürətli yol da var ki, orada 340 km/saata qədər sürətlənə bilərik.

- Artıq yeni mövsümün test yürüşlər başlayıb. McLarenin mühərriki daha dözümlüdür. Bəs sürəti necə?

- Sınaqlar son 2 həftə ərzində baş tutub. Heyətimiz son 3-4 ay ərzində böyük iş görüb. Ötən il bəzi problemləri həll etdik. Ötən il böyük məhdudiyyətlər vardır. Bunlar da sürmə qabiliyyətini o qədər artıra bilmirdi. Bu il daha yaxşı çıxış edəcəyik. Bir neçə yarışdan sonra Bakıya sürətlə gələ biləcəyik.

- Səfir seçilməyiniz əlavə məsuliyyət deyilmi?

- Azərbaycanda ilk dəfə keçiriləcək bu yarışda vacib məsələ insanlara Formula 1-in nə olduğunu anlatmaqdır. Zənnimcə bu yarışı bəyənəcəklər.

- Kumiriniz kimdi?

- Uşaqlıqdan Zinəddin Zidanı çox izləyirdim. Bundan başqa basketbolçu Maykl Cordanı izləyirdim. Hər zaman mənim də qibtə etdiyim məşhur idmançılar olub.

- Karyeranızı bitirməzdən əvvəl hansı komandada iştirak etmək istərdiniz?

- Formula 1-lə vidalaşdıqdan sonra bu yarışa əlvida deyəcəm. 31 il yetərlidir.


20:28 08.03.2016
Xəbər lenti
Bütün xəbərlər