KANAL24.AZ
Az Iw En Ru

Cavanşir Axundov Azərbaycanın Latviyada səfiri təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cavanşir Əşrəf oğlu Axundovun Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə isə C.Ə.Axundov Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.


03:49 08.03.2016
Xəbər lenti
Bütün xəbərlər