İspaniya La Liqasında 28-ci turun oyunlarına start verilib.
İlk oyun günündə 4 qarşılaşma baş tutub.
Səfərdə "Hetafe"nin qonağı olan "Sevilya" rəqibi ilə 1:1 bərabərə qalıb. Madrid "Real"ı isə evdə "Selta Viqo"nu 7:1 hesabı ilə məğlub edib. "Real"ın heyətində Kriştiano Ronaldo pokerlə yadda qalıb.
Qeyd edək ki, La Liqada 28-ci tura sabah keçiriləcək "Espanyol" - "Rayo Valyekano" oyunu ilə yekun vurulacaq.