KANAL24.AZ
Az Iw En Ru

Sudanın müxalifət lideri öldü

   Məşhur siyasətçi, Sudanın islamçı müxalifətinin lideri Həsən əl-Turabi vəfat edib.

   Kanal24.az-ın  Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, 84 yaşında dünyasını dəyişib.

   Qeyd edək ki, H. Turabi 90-cı illərdə Sudan hökumətində yüksək vəzifələr tutub. Prezident Ömər əl Bəşirlə fikir ayrılıqları ilə əlaqədar o, 1999-cu ildə istefaya göndərilib və müxalifətə keçib. Bundan sonra o dövlət çevrilişinə cəhddə və Sudanın cənubundakı qiyamçı hərəkatla sövdələşmədə ittiham olunaraq dəfələrlə ya həbs edilib, ya da ev dustağına çevrilib.


05:35 06.03.2016
Xəbər lenti
Bütün xəbərlər