"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev istefa verib.
Kanal24.az Report-a istinadən məlumat verir ki, təcrübəli mütəxəssis bu qərarı "Qəbələ"yə "ev"də 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra qəbul edib.
O, oyundan sonra təşkil olunmuş mətbuat konfransında rəhbərliyə istefa qərarını bildirdiyini deyib.