"Barselona"nın futbolçusu Lionel Messi üçün İspaniya La Liqasının 27-ci turunda "Rayo Valyekano" ilə (5:1) oyun əlamətdar olub.
Sözügedən qarşılaşmada üç qol vuran argentinalı hücumçu karyerası ərzində 35-ci het-trikinə imza atıb. Bununla da o, bu göstəricidə "Real"ın futbolçusu Kriştiano Ronaldoya çatıb.
Qeyd edək ki, L.Messi bu mövsüm La Liqada 19 qol vurub və 8 qolun ötürməsini verib.